12px13px15px17px
Tarix:18/02/12

“Apple” şirkəti proqramçılar üçün dərslik dərc edib

“Apple” şirkəti yeni başlayan “iOS” proqramçılar üçün dərslik dərc edib. Məlumat üçün bildirim ki, populyar “iPhone”, “iPad” və “iPod” qurğuları məhz “iOS” platforması ilə işləyir.

Şirkətin saytında yerləşdirilmiş dərslikdə proqramçılara əsas alətlər, “iOS” və “Apple App Store” onlayn-mağazasının iş prinsipləri haqqında məlumat verilir. "Bu dərslik “iOS” platforması üçün əlavələr hazırlamaq istəyən proqramçılar üçün başlanğıc addımdır" - “Apple” şirkətinin saytında qeyd edilib.

 Əvvəlcə ilk addımlarını atan proqramçılara “Xcode” alətlərinin dəstini  yükləmək və “iOS Developer Program” proqramında qeydiyyatdan keçmək təklif edilir. Bundan sonra onlar sadə əlavənin yaradılması ilə bağlı kiçik onlayn-kurs keçə və proqram hazırlamasının əsasları ilə tanış ola bilərlər.

Onlayn dərslik bitdikdə “iOS” əlavələr hazırlaması mövzusu üzrə ətraflı texniki informasiyanı hardan tapmaq haqqında tövsiyələr verilir.

Hazırda “iOS” əməliyyat sistemi proqramçılar arasında ən populyar mobil platformadır. “Apple” şirkəti keçən ay bildirmişdi ki, “App Store” onlayn mağazasında 550 mindən çox proqram var və onların 170 mini məhz “iPad”  üçün hazırlanıb.

“iOS” platformasının əsas rəqibi “Google” şirkəti tərəfindən hazırlanmış  “Android” platformasıdır. “Android Market” onlayn mağazasında isə əlavələrin sayı “App Store” ilə müqayisədə təxminən 2 dəfə azdır.
 
EMİL




Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020