12px13px15px17px
Tarix:20/02/12

“Apple” şirkəti Avropa Komissiyasına “Motorola” şirkətinə qarşı şikayət verib

“Apple” şirkəti rəqibi “Motorola Mobility”-ni əsas texnologiyaların lisenziyalaşdırılması qaydalarının pozulmasında ittiham edərək Avropa Komissiyasına şikayət verib.Avropa Komissiyası “Motorola” şirkətinə bu barədə xəbərdarlıq edib.

Məlumat üçün bildirim ki, “Apple” və “Motorola” şirkətləri arasında patent qarşıdurması 2010-cu ilin oktyabr ayında başlayıb. Belə ki, o zaman “Motorola” şirkəti rəqibə qarşı ABŞ məhkəməsinə 2 iddia vermişdi. Tezliklə “Apple” şirkəti də qarşılıqlı iddia verdi. O vaxtdan şirkətlər arasında patent müharibəsi davam edir.

Hal-hazırda şirkətlər arasında patent qarşıdurması Almaniyada aparılır. 2011-ci ilin dekabr ayında Almaniyanın yerli məhkəməsi “Motorola” şirkətinin rəqibinə qarşı patent iddialarının qanunauyğunluğunu təsdiqləyib. 2012-ci il fevral ayının əvvəlində isə alman məhkəməsi “Apple iCloud” onlayn-xidmətinə qarşı iddiada “Motorola” şirkətinin tərəfini saxladı.

Keçən həftə isə Almaniya məhkəməsi ekranın blokdan çıxarılması jestinə hüququ “Apple” şirkəti üzərində saxlayıb.“Motorola Mobility” – “Google” şirkətinin məhsulu “Android” platformasında ən iri mobil qurğu istehsalçısıdır.
 

EMİL




Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020