12px13px15px17px
Tarix:20/02/12

“LG” şirkəti yeni smartfon təqdim edib

Koreyanın “LG Electronics” şirkəti bu gün, fevral ayının 20-də yeni “Optimus Vu” smartfonunu təqdim edib. Smartfon “LTE” şəbəkələrində işləyə bilir və 5 düymlü ekrana malikdir. İstehsalçı qeyd edib ki, yenilik xüsusi olaraq multimediaya baxmaq və elektron kitablar oxumaq üçün optimallaşdırılmış ekrana malikdir.

Yeni smartfon rəsmən fevral ayının 27-si tarixində açılışı olacaq “Mobile World Congress” (MWC) sərgisində təqdim ediləcək. Lakin “LG” şirkəti bildirib ki, “Optmius Vu” smartfonu mart ayında  Koreyada satılmağa başlayacaq, dünya bazarına isə cari ildə bir qədər sonra çıxarılacaq. Qiyməti haqqında informasiya hələlik yoxdur.

“LG” şirkətinin verdiyi informasiyaya əsasən, aparatın uzunluğu 139,6 mm, eni 90,4 mm, qalınlığı isə təxminən 8,5 mm təşkil edir. Aparat ekranının baza təsvir ölçüsü 1024x768 piksel təşkil edir. Belə təsvir ölçüsü filmlərə rahat şəkildə baxmağa imkan verir. “LG” şirkəti qeyd edib ki, təqdim edilən smartfon hazırda bütün mövcud “LTE” aparatları arasında ən naziyidir.

Qurğu 1,5 QHs takt tezlikli ikinüvəli çip əsasında işləyir, 32 Qb daxili yaddaşa və 1 Qb “DDR2” əməli yaddaşa malikdir. Aparatın ön kamerası 1,3 meqapikseldir. Buna görə “Skype” vasitəsilə video rejimində rahat əlaqə  saxlamaq mümkündür. Arxa kamera 8 meqapiksel təşkil edir. “Optimus Vu” smartfonu ilk əvvəl “Android 2.3” əməliyyat sistemi ilə tədarük ediləcək. Lakin sonradan “Android 4.0”-a qədər yeniləmək mümkün olacaq.




EMİL
 




Baxış sayı: 1298

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024