12px13px15px17px
Tarix:20/02/12

Proqram məhsullarının istehsalı müzakirə olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəsmi saytına istinadən “ICTnews” elektron xəbər xidməti məlumat verir ki, institutda Avropa Proqram Təminatı İnstitutunun Şərqi Avropa Mərkəzinin (ESI CEE – European Software İnstitute Center Eastern Europe) direktoru professor Corc Şarkov ilə görüş keçirilib.
 2003-cü ildə Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış ESI Şərqi Avropa Regional Mərkəzi Bolqarıstanda yerləşir.

Mərkəzin əsas missiyası İT sahəsində bilik, innovasiya, fasiləsiz təkmilləşmə vasitəsilə rəqabətədavamlığın artırılmasına, tərəfdaşlığın inkişafına dəstək vermək, regional əməkdaşlığa nail olmaqdır. ESI CEE-nin əsas fəaliyyət istiqaməti daha səmərəli üsul və münasib xərclərlə proqram məhsulları sənayesinə yardım etməkdən ibarətdir.


 AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev institutda elmi-texniki sahədə innovativ fəaliyyət üçün əlverişli şəraitin yaradılması, yüksək texniki avadanlıqlarla təmin olunması, elmi tədqiqatların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər haqqında qonağa məlumat verib, davamlı inkişafın əldə edilməsində elm, təhsil və innovasiyaların vəhdətinin mühüm amillərdən olduğunu bildirib. Alim ölkədə proqram məhsullarının istehsalı, milli İKT məhsullarının hazırlanması, proqram mühəndislərinin yetişdirilməsi məsələlərinə də toxunub.

Bu sahədə görülən işlərin, ümumiyyətlə proqram məhsulları sənayesinin inkişaf etdirilməsinin vacibliyini bildirib.

Prof. C.Şarkov rəqabətədavamlı İT-sənayesinin inkişafının Mərkəzin başlıca hədəflərindən olduğunu bildirib. Elmi-tədqiqat institutları, müxtəlif İT-şirkətlərləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını qeyd edən qonaq ESI CEE-nin bu istiqamətdə həyata keçirdiyi işlərdən söhbət açıb.

Bolqarıstan, Rumıniya, Estoniya və s. kimi ölkələrlə həyata keçirilən layihələr haqqında məlumat verib. İT-kadrların yetişdirilməsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirən prof. C.Şarkov Azərbaycanda da müvafiq layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
 Sonra qonaq institutun ən son texnologiyalarla təchiz olunmuş strukturları ilə yaxından tanış olub.
 
CAHANGİR




Baxış sayı: 1385

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024