12px13px15px17px
Tarix:20/02/12

“Anonymous” haker qruplaşması dövlət saytlarına yenidən hücum edəcəyinə söz verib

“Anonymous” qruplaşmasına daxil olan “AntiSec” haker qrupunun nümayəndələri Amerikanın “Wired” nəşrinə verdikləri müsahibədə  bildiriblər ki, onlar bu yaxınlarda Amerika Federal Ticarət Komissiyasının resurslarına (business.ftc.gov, consumer.gov və ncpw.gov) etdikləri hücumları davam etdirmək niyyətindədirlər.

Bu qrupun anonim nümayəndəsinin sözlərinə görə, onlar hazırda piratçılıqla mübarizə üçün nəzərdə tutulmuş “ACTA” sazişi, həmçinin onun Amerika versiyası “SOPA” qanunu ətrafında baş verənləri diqqətlə izləyirlər. Hakimiyyət orqanlarının bu təşəbbüsləri cəmiyyətdə etiraza səbəb olub və hakerlər də insanların əhval-ruhiyyələrinə laqeyd qalmaq niyyətində deyillər.

O, həmçinin bildirib ki, hazırda haker hərəkatı ABŞ-ın hüquq-mühafizə orqanları, xüsusilə Federal Təhlükəsizlik Bürosu (FTB) və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) barəsində öz sonrakı fəaliyyətlərini müzakirə edirlər.

"Bizim artıq onlarla hədəfimiz var… Hər cümə gününü biz konkret hədəflərə hücumlar edəcəyik və mümkün qədər çox hökumət saytlarını deaktiv edəcəyik" – “AntiSec” qrupunun iştirakçısı bildirib.
Onun sözlərinə görə, “Anonymous” haker qruplaşması, həmçinin hökumət resurslarının verilənlər bazasına, poçt serverlərinə və digər resurslara da hücum edəcək.


 
EMİL




Baxış sayı: 1384

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024