12px13px15px17px
Tarix:20/02/12

“Microsoft” 7 domen adına hüquq əldə edəcək

"Microsoft" korporasiyası "Bing" axtarış sistemi adının qanunsuz olaraq  istifadə edildiyi 7 domen adına hüquq əldə edəcək. ABŞ-ın Milli Arbitraj Forumunun (National Arbitration Forum) çıxardığı qətnamədə belə qeyd olunub.

"Microsoft" korporasiyası "bingauto.us", "bingcar.us", "bingcars.us", "binghome.us", həmçinin "bingcars.net", "bingauto.net" və "binghomes.net" domen sahiblərini "Bing" axtarış sisteminin ticarət nişanından qanunsuz istifadə etməkdə ittiham edib.

Korporasiya ABŞ-ın Milli Arbitraj Forumuna verdiyi 2 şikayətdə iddia edib ki, yuxarıda sadalanan domen adları eynidir və ya "Bing" ticarət brendinə səhv salma dərəcəsinə qədər oxşardır.

Sənədlərə əsasən, "Microsoft" korporasiyası "Bing" ticarət brendini 2009-cu ilin may ayında qeydiyyatdan keçirib, "bing.com" domeni isə 1996-cı ilin yanvar ayından şirkətə məxsusdur.
 
Cavabdehin sözlərinə görə, saytlarda hüququ "Microsoft" korporasiyasına aid olan loqotip və ya digər materiallar istifadə olunmur. Bildirilib ki, "bing" sözü müxtəlif dillərdə müxtəlif mənalara malikdir, iddiaçı isə bu sözü inhisarlaşdırmaq niyyətindədir.
 
EMİL




Baxış sayı: 1455

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024