12px13px15px17px
Tarix:20/02/12

“ZTE” şirkəti 2 yeni smartfon hazırlayır

“ZTE” şirkəti “Mobile World Congress 2012” (27 fevral - 1 mart; Barselona, İspaniya) sərgisində “PF200” və “N910” smartfonlarını təqdim etməyi  planlaşdırır.

Aparatlar monoblok tipli korpusda hazırlanıb. “Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemi quraşdırılıb. Aparatlar “Wi-Fi”, “Bluetooth” simsiz əlaqə adapterləri, “GPS” peyk naviqasiya sistem qəbuledicisi ilə təchiz edilib.

1,5 QHz takt tezlikli prosessorla təchiz edilmiş “PF200” modeli 4,3 düym diaqonallı sensor ekrana malikdir; onun təsvir ölçüsü 540×960 nöqtə (qHD) təşkil edir. “NFC” mikroçipi, 1080p formatında yüksək dəqiqlikli videoçəkilişi dəstəkləyən ön kamera və 8 meqapikselli arxa kamera var. “LTE” dördüncü nəsil mobil şəbəkələri, həmçinin “UMTS” və “GSM” şəbəkələri dəstəklənir.

“N910” aparatı 1.2 QHz takt tezlikli prosessor ilə təchiz olunub. Sensor ekran “WVGA” (800×480 nöqtə) təsvir ölçüsünə malikdir; arxa kamera 5 meqapiksel matrislə təchiz edilib. “LTE” və “CDMA” şəbəkələrini dəstəkləyir.

“Gartner” analitik şirkətinin hesablamalarına görə, “ZTE” şirkəti dünyada  beşinci mobil aparat istehsalçısıdır. 2011-ci ildə şirkət 56,9 milyon mobil telefon sataraq bazarın 3.2%-ni tutub.

 
EMİL




Baxış sayı: 1252

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024