12px13px15px17px
Tarix:22/02/12

“Microsoft” “Windows” ticarət brendindən istifadəni qadağan edib

“İCTnews” elektron xəbər xidməti “dailycomm.ru” resursuna istinadən xəbər verir ki, 21 fevral tarixində Moskvanın Arbitraj Məhkəməsi “Microsoft” korporasiyasının Dmitri Şapovalova (“windows.ru” domen adının hüququna malik olan sahibkar) qarşı verilmiş iddiasının müzakirəsinə baxacaq. Proqram nəhəngi  “Windows” ticarət brendindən istifadəni qadağan etməyi tələb edib.

Məhkəmə iclasının gedişatında Şapovalovun nümayəndəsi bildirib ki, cavabdeh “Microsoft” korporasiyasından 2 məktubdan başqa heç nə almayıb. "Baş verənlərin mahiyyətini tamamilə anlamırıq" - hüquqşünas bildirib və əlavə edib ki, dinləmələr haqqında cavabdeh təsadüfən bilib.

Moskvadan olan iş adamı Dmitri Şapovalov “windows.ru” domenini 1998-ci ildə satın alıb. Həmin dövrdə Dmitri plastik pəncərələr hazırlamaqla  məşğul olurdu və domendən korporativ saytın rəsmi adı kimi istifadə edib. 2007-ci ildə isə Dmitri öz biznesini satıb və domen ünvanını isə yönləndirib: hazırda ziyarətçi “windows.ru” saytına daxil olduqda  avtomatik olaraq "pəncərə" termininin təsviri olan "Vikipediya" səhifəsinə yönləndirilir.
 
EMİL




Baxış sayı: 1405

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024