12px13px15px17px
Tarix:22/02/12

Ağstafada internet istifadəçilərinin sayı iki dəfə artıb

Ağstafada internet istifadəçilərinin sayı iki dəfə artıb. Bu barədə məlumatı “İCTnews” elektron xəbər xidmətinə Ağstafa rayon Telekommunikasiya Qovşağının rəisi Mirəsgər Məmmədov verib.

Onun sözlərinə görə, bu ilin əvvəllərində rayonda genişzolaqlı internet istifadəçilərinin sayı 150-yə çatırdısa, hazırda bu rəqəm 300-ü keçib. Müsahib bildirdi ki, rayonda abonentlər əsasən 1024 və 2048 MB sürətli internetdən istifadə edirlər.

M.Məmmədov qeyd etdi ki,  rayonun bütün kəndlərində ATS-lər elektronlaşdırılıb. Hazırda isə rayonun mərkəzində 800 abonent üçün nəzərdə tutulan xüsusi qurğu qurulur ki, nəticədə istifadəçilərin sayı bir neçə dəfə artacaq.




RƏVAN




Baxış sayı: 1488

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024