12px13px15px17px
Tarix:22/02/12

“Kür” Elektron avadanlıqları zavodunda antivirus proqramları istehsal olunub

Türkiyənin “Trend Mikro” şirkəti Azərbaycanda antivirus proqramları istehsal edib. Bununla bağlı şirkətin “Kür” Elektron avadanlıqları istehsalı müəssisəsi ilə müqaviləsi var. Bu müqaviləyə uyğun olaraq zavodda artıq 2000 ədəd antivirus proqramı istehsal olunub.

Zavodun direktoru Rizvan Osmanov bu barədə danışaraq bildirdi ki, artıq bu proqramların bütün respublika ərazisində yayılması həyata keçirilir. “Kür” “Trend Mikro”nun Azərbaycanda distribütorudur.

R.Osmanov bildirib ki, yeni antivirus proqramı DVD formatındadır.
“Şəbəkələrin, serverlərin qorunmasında belə geniş şəkildə istifadə ediləcək bu proqramlar münasib qiymətə olmaqla satılır ki, bu da istifadəçilərin böyük marağına səbəb olub”.
Qeyd edək ki, “Trend Mikro” şirkəti ABŞ-ın “Hellium” şirkətlər qrupunun İstanbul nümayəndəliyidir.





RƏVAN




Baxış sayı: 2752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024