12px13px15px17px
Tarix:22/02/12

Pakistanda hərbçilər “Pac-Pad” planşeti hazırlayıblar

“İCTnews” elektron xəbər xidməti “itar-tass.com” resursuna istinadən xəbər verir ki, Amerikanın “Apple” şirkətinin “iPad” planşetinin populyarlığı Pakistan hərbçilərini şəxsi planşetlərini yaratmağa təhrik edib. Pakistan hərbi hava qüvvələrinin mühəndisləri “iPad” planşetinin oxşarını hazırlayıblar və onu “Pac-Pad” adlandırıblar.

Planşetin adındakı “Pac” ölkə adının birinci hecası və qurğunu hazırlayan ”Pakistan Aeronautical Complex“ (PAC) müəssisəsinin abreviaturasıdır.

Planşetin yaradılması üzrə işlər Kamra şəhərində hərbi-istehsal kompleksinin bazasında məxfi şəraitdə həyata keçirilib.

“Planşetin qiyməti 200 ABŞ dollarıdır. Amerika “iPad”-ından bir neçə dəfə ucuzdur. Planşet “Android 2.3” əməliyyat sistemi əsasında işləyir.
Hazırda “Pac-Pad” planşetlərinin sınaq partiyası istehsal edilib. Əgər yenilik özünü doğrultsa, o zaman seriyalı istehsal ediləcək.


 
EMİL




Baxış sayı: 1450

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024