12px13px15px17px
Tarix:22/02/12

“Google” şirkəti ənənəvi loqosunu dəyişib

“İCTnews” elektron xəbər xidməti “digit.ru” resursuna istinadən xəbər verir ki, “Google” internet şirkəti fizik Henrix Hersin anadan olmasının 155 illiyini bayram loqosu (dudl) ilə qeyd edir. Henrix Hers işığın elektromaqnit nəzəriyyəsini təsdiq etmiş və elektromaqnit dalğaların mövcudluğunu sübut edib.

Axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqo çərşənbə günü  elektromaqnit dalğaların interaktiv təsviri ilə əvəz edilib.

Henrix Hers 1857-ci il fevral ayının 22-si tarixində Almaniyada doğulub. O sübut edib ki, işıq elektromaqnit dalğaların bir növünü təşkil edir, həmçinin xarici fotoeffekt hadisəsinin təsvirini verib. Henrix Hersin tədqiqatlarının nəticələri radionun inkişaf etməsinin əsasını təşkil edib.

1933-cü ildən bəri alimin adı ilə tezliyinin ölçü vahidi “Hers” (Hs) adlanır. “Hers” zaman vahidində təkrarlanan hadisələrin sayını ifadə edir.

Məlumat üçün bildirim ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqonu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.
 
EMİL




Baxış sayı: 1920

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024