12px13px15px17px
Tarix:23/02/12

SİNAM şirkəti “Cisco Silver Certified Partner” statusunu alıb

İlk Azərbaycan şirkəti olaraq SİNAM “Cisco Silver Partner” alıb. SİNAM şirkətinə “Cisco Silver Certified Partner” statusunun təqdim edilməsi haqda qərar “Cisco” şirkəti tərəfindən aparılmış müstəqil audit nəticəsində şirkətin əldə etdiyi müsbət qiymətlərə əsasən verildi.

Əldə olunmuş “Cisco Silver Certified Partner” statusu SİNAM şirkətinin qarşısında şəbəkə texnologiyaları sahəsində dünya lideri olan “Cisco” şirkəti ilə birgə inkişaf və artım, sərfəli kommersiya əməkdaşlığı şərtləri, müştərilərlə əlaqələrin optimallaşdırılması və onların loyallığının artırılması, həmçinin “Cisco”nun xüsusi marketinq proqramlarında iştirak kimi imkanlar açır.

Öz növbəsində, SİNAM şirkətinin əldə etdiyi yeni status müştərilər üçün də bir sıra üstünlük verir: yerli Gümüş Tərəfdaş vasitəsilə “Cisco” texnologiyaları bazasında daha mürəkkəb layihələrin reallaşdırılması imkanı, “Cisco” avadanlığının və proqram təminatının servis dəstəyi sahəsində əlavə xidmətlərin əldə olunması, həmçinin “Cisco” şirkətinin “Cisco Silver Certified Partner” statusuna malik tərəfdaşlar qarşısında qoyduğu standartlara uyğun maksimal dərəcədə yüksək xidmət keyfiyyəti. 
“Azərbaycan şirkətilə əməkdaşlıq statusunun yüksəldilməsi ölkədə İT biznesinin inkişafının və azərbaycanlı İT mütəxəssislərinin müvafiq peşəkarlılığının artmasının növbəti təsdiqidir.

Əminik ki, SİNAM-dan sonra digər Azərbaycan İT şirkətləri də bu cür yüksək tərəfdaşlıq statusuna layiq görüləcəklər”,-deyə SİNAM şirkətinin biznes inkişafı üzrə direktoru İslam Əhmədov qeyd etdi.


RƏVAN




Baxış sayı: 1567

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024