12px13px15px17px
Tarix:04/07/11

Çin “Facebook”u ələ keçirmək niyyətindədir

“Business Daily” nəşri Pekindəki mənbələrinə istinadən bildirib ki, Çin biznesi və siyasətçiləri “Facebook” sosial şəbəkə səhmlərinin əhəmiyyətli hissəsini almaqda maraqlıdırlar. Nəşrin məlumatına əsasən, Pekin nümayəndələri artıq Çin sifarişçisinin xeyrinə “Facebook” səhmlərini almalı olan bir neçə fondla əlaqə saxlayıblar. Onların əldə etmək istədiyi paketin dəyəri açıqlanmayıb, amma Çin nümayəndələri “Facebook”da məsələlərin həllinə təsir etmək üçün paketin kifayət qədər çox olmasını bildiriblər.
Digər mənbələrdən məlumdur ki, “Citibank” “Facebook” səhmlərinin əldə edilməsinə 2 fonddan təxminən 1,2 milyard dollar alıb. Fondlardan birinin Yaxın Şərqdə, digərinin isə Çində olduğu məlumdur.
Müstəqil ekspertlər Çinə “Facebook” səhmlərinin nə üçün lazım olduğunda maraqlıdırlar. Bəzi ekspertlər hesab edir ki, bu, ABŞ-ın iqtisadiyyatına daha dərin inteqrasiya üsullarından biridir, digərləri Çinin bu üsulla öz şəxsi “Facebook” istifadəçilərinə daha aktiv nəzarət etməyə çalışacağına əmindirlər.
Lakin ekspertlərin əksəriyyəti Çinin “Facebook” səhmlərinin böyük payını, məsələn, 35% və daha çox hissəsini, onsuz da əldə edə bilməyəcəyi fikrindədirlər. Buna Vaşinqton icazə verməz.



Baxış sayı: 944

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024