12px13px15px17px
Tarix:23/02/12

“Adobe” şirkəti pulsuz işləmək istəmir

“İCTnews” elektron xəbər xidməti “digit.ru” resursuna istinadən xəbər verir ki, “Adobe” şirkəti daha “Linux” əməliyyat sistemi (ƏS) üçün “Flash” plaqin  hazırlamayacaq.

“Adobe Flash” texnologiyasının populyarlığı son illərdə sürətlə azalır. Belə ki, internet-texnologiya tərtibatçıları “Flash” texnologiyasını əvəz edən məhsullar (məsələn, “HTML5” texnologiyası kimi) hazırlayırlar.

“Adobe” şirkətinin nümayəndələri dəfələrlə bildiriblər ki, “Flash” plaqini onlar üçün gəlir mənbəyi deyil (belə ki, plaqin istifadəçi və tərtibatçılar üçün pulsuzdur).

Onların əsas məhsulu tərtibatçılar üçün alətlərdir. 2011-ci il ərzində şirkət “HTML5” texnologiyası əsasında hazırlamalar üçün bir çox həllər təqdim edib. Lakin “Flash”-dan fərqli olaraq, “HTML5” açıq texnologiyadır və “Adobe” şirkəti bu sahədə rəqabət üstünlüyünə malik deyil.

Məlumat üçün bildirim ki, “Linux” əməliyyat sistemində “Flash” texnologiyasını dəstəkləyən yeganə veb-səyyah “Google Chrome”-dur. 

 
EMİL




Baxış sayı: 1604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024