12px13px15px17px
Tarix:23/02/12

“LG” şirkəti dördnüvəli “ağıllı” telefon təqdim edib

"İCTnews" elektron xəbər xidməti "onliner.by" resursuna istinadən xəbər verir ki, "LG" şirkəti dördnüvəli "Optimus 4x HD" adlı "ağıllı" telefon təqdim edib.Qurğu "NVIDIA Tegra 3" platformasına əsaslanır.

"Optimus 4x HD" "ağıllı" telefonu 1280×720 piksel təsvir ölçülü 4,7 düymlü "IPS" ekranı, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaş, 2 kamera (əsas - 8 meqapiksel, ön 1,3 meqapiksel), 2150 mA/saat  tutumlu akkumulyatorla təchiz edilib.

Aparatın qalınlığı 9 mm-dən azdır, "Android 4.0" əməliyyat sistemi ilə işləyir. "LG Optimus 4x HD" "ağıllı" telefonu Avropada 2012-ci ilin II rübündə satılmağa başlanacaq. Aparatın qiyməti bildirilməyib.




 
EMİL




Baxış sayı: 1329

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024