12px13px15px17px
Tarix:24/02/12

“Mozilla” şirkəti əlavələr mağazası açacaq

“İCTnews” elektron xəbər xidməti “lenta.ru” resursuna istinadən xəbər verir ki, ”Mozilla” qeyri-kommersiya təşkilatı proqramçılar üçün öz veb-əlavələr mağazasını açacaq. Açılış barəsində fevralın sonunda Barselonada keçiriləcək “MWC” sərgisində elan ediləcək. Bu barədə  “Mozilla” şirkətinin press-relizində deyilib.

Proqramçılar mağaza üçün əlavələri “HTML5”, “JavaScript” və “CSS” kimi" açıq texnologiyalar əsasında yaza biləcəklər. Bütün proqramlar müxtəlif  əməliyyat sistemləri, müxtəlif veb-səyyahlar və “HTML5” texnologiyasını dəstəkləyən istənilən qurğuda işləyəcək.Mağaza “Mozilla Marketplace” adlanacaq. Mağazanın “store.mozilla.org” ünvanında yerləşdiriləcəyi gözlənilir.



 
 
EMİL
 




Baxış sayı: 1220

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024