12px13px15px17px
Tarix:09/04/14

Korrupsiya ilə mübarizə sahəsi üzrə təcrübə mübadiləsi üçün birgə internet resursun yaradılması təklif olunub

Korrupsiya ilə mübarizə sahəsində əldə edilmiş təcrübənin bölüşdürülməsi üçün Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə veb-saytın yaradılması təklifi irəli sürülüb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu təşəbbüslə Azərbaycanın Baş prokuroru Zakir Qaralovun dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) prezidenti, Avstriya Prokurorlar Assosiasiyasının rəhbəri Gerhard Yaroş çıxış edib.

Assosiasiya ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Gerhard Yaroş təmsil etdiyi qurumun fəaliyyətinə ölkəmizin verdiyi mühüm töhfələri və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirib. Korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini xüsusi vurğulayıb.

CAHANGİR



Baxış sayı: 1443

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024