12px13px15px17px
Tarix:09/07/14

Azərbaycanda indiyədək verilmiş elektron imzanın sayı 19 mini ötüb


Azərbaycanda iyunun 30-na qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 19239 ədəd təşkil edib.


“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu statistik göstərici “Elektron hökumət” portalının iyul sayında əksini tapıb.
 
Dövlət qurumlarına 13034  elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 1004-ə çatıb. Vətəndaşlar isə 5201 sertifikat əldə ediblər.
 
Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
 
CAHANGİR

 
 



Baxış sayı: 925

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024