12px13px15px17px
Tarix:24/07/14

“Porsche” qiymətinə televizor

“Samsung” 120 min dollarlıq televizor təqdim edib.

Dünyanın ən iri televizor istehsalçısı olan “Samsung Electronics” şirkəti ən bahalı “Samsung UN105S9W” televizoru üçün ərizələrin qəbuluna başlayıb. 105 düymlü bükük displeyli 4K Ultra HD televizorunun qiyməti 120 min dollardır ki, elə “Porsche Carrera 4S Cabriolet” avtomobili də təxminən bu qiymətədir.

“ICTnews" elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, televizor 5120x2160 piksel təsvir dəqiqliyinə malikdir ki, bu da Full HD formatı ilə müqayisədə 5,3 dəfə çoxdur. Yeni model 4 HDMI portu, Smart TV texnologiyası və 160 Vt. gücündə olan “DTS Premium Sound 5.1” çoxkanallı akustik sistemlə təchiz olunub.

Bundan əlavə, “Wi-Fi”, 4 USB portu, 3D dəstəyinə malikdir. Televizorun funksiyalarının idarə olunmasına dördnüvəli prosessor cavab verir.

Emil Hüseynov



Baxış sayı: 498

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024