12px13px15px17px
Tarix:25/07/14

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-yə sədr təyin edildi

A.A.Qəribovun Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Adil Abdulxalıq oğlu Qəribov  Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədr  təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 22 iyul  2014-cü il
 
 



Baxış sayı: 1184

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024