12px13px15px17px
Tarix:26/08/14

11 min dollarlıq televizor

“LG” şirkəti bir neçə yeni televizor modeli nümayiş etdirib. Sentyabrın əvvəlində 65 düymlük model Cənubi Koreyada satışa çıxarılacaq, 77 düymlük model isə Avropa və Şimali Amerika bazarları üçün nəzərdə tutulub.

Çox yüksək təsvir ölçülü OLED ekranların istehsal texnologiyası ucuz başa gəlmir, buna görə də 65 düymlük aparatın qiyməti 11,7 min dollar təşkil edəcək.
 
“The Verge” nəşri yazır ki, OLED ekranlı birinci televizorlar “CES 2013” sərgisində “Sony” və “Panasonic” şirkətləri tərəfindən nümayiş etdirilib, ancaq “LG” kommersiya məhsulunu nümayiş etdirən ilk şirkət kimi tarixə düşüb.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “LG” şirkətindən bildirilib ki, sözügedən texnologiya bazarda öz yerini tutacaq, çünki zamanla istehsalın dəyəri azalacaq və belə televizorlar hamı üçün əlçatan olacaq.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024