12px13px15px17px
Tarix:18/09/14

Gəncə Efirə Radionəzarət Məntəqəsi istifadəyə verilib

Gəncədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət  Radiotezliklər İdarəsi Efirə Radionəzarət Məntəqəsinin yeni binası istifadəyə verilib.

Məntəqə efirə nəzarət etməklə yanaşı, qonşu ölkələrdən gələn siqnalların analizi ilə də məşğul olacaq.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Dövlət Radiotezliklər İdarəsinin Gəncə Efirə Radionəzarət Məntəqəsi üçün yeni inşa olunan inzibati binada yaradılan şəraitlə tanış olublar. Nazirə məlumat verilib ki, yeni bina ən müasir texnologiyalarla təchiz olunub. Burada efirə nəzarətlə yanaşı, radiomonitorinqlərin aparılması üçün də hər cür şərait yaradılıb.
 
Mərkəzləşdirilmiş avtomatik radiomonitorinq sisteminin tərkib hissəsi olan İdarəetmə mərkəzinə mərkəz Bakı şəhərində olmaqla  Gəncə, Qəbələ, Masallı, Quba, Şirvan və Sahil məntəqələri, eləcə də Beyləqan, Zaqatala, Astara və Qazax rayonlarında yerləşən köməkçi məntəqələr daxildir.
 
 
      Qeyd edək ki, Bakı Mərkəzin regional məntəqələri (stansiyalar) ilə əlaqəsi GSM, İnternet, kabel (optik və s.), RRX və ya peyk rabitə sistemlərindən istifadə olunmaqla təmin edilir. Radiomonitorinq stansiyalarından alınan məlumatlar mərkəzin serverinə və oradan mərkəzdə yaradılan müvafiq işçi yerlərinə ötürülür. İdarəetmə mərkəzindən istənilən radiomonitorinq stansiyasının birbaşa idarə edilməsi nəzərdə tutulur.

  Regional stansiyanın İdarəetmə mərkəzi ilə köməkçi, xidmət olunmayan və mobil stansiyalarla rabitə əlaqəsi qurulur. Alınan və ötürülən məlumatlar stansiyanın serverinə daxil edilir və serverdən müvafiq işçi yerlərinə ötürülür.
Yeni beynəlxalq standartlara və tövsiyələrə cavab verən Mərkəzləşdirilmiş avtomatik radiomonitorinq sisteminin qurulmasının məqsədi aşağıdakılardan ibarətdir:
 
Respublikada mülki məqsədlər üçün nəzərdə tutulan ümumi tezlik spektrinə avtomatik olaraq tam nəzarətin həyata keçirilməsi, yüksəktezlikli (3 QHs-dən yuxarı) radiosiqnalların qəbulu
 
Geniş tezlik zolaqlı siqnalların analizi
 
Radiomonitorinq sisteminin tərkib hissələri olan stasionar və mobil monitorinq stansiyalarının vahid bir mərkəzdən avtomatik idarə olunması
 
Efirə qeyri-qanuni yayımlanan tezlik siqnallarının avtomatik olaraq aşkarlanması
 
Tezlikşüalandırıcı vasitələrin yerinin çevik və avtomatik olaraq təyin olunması
 
Respublikada geostasionar orbitə buraxılması planlaşdırılan yeni telekommunikasiya peyklərindən və digər ölkələrə məxsus peyklərdən yayımlanan radio-televiziya və peyk rabitə kanallarının, aşağı orbital mövqelərdə yerləşən və yerin məsafədən tədqiqi, zondlanması üçün nəzərdə tutulan peyklərdən (DZZ peykləri) ötürülən peyk rabitə kanallarının texniki parametrlərinin analizi
 
Qonşu dövlətlərdən respublika ərazisinə yayımlanan tezlik siqnallarının vaxtında aşkarlanması və analizi.
 
RƏVAN



Baxış sayı: 1867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024