12px13px15px17px
Tarix:18/09/14

Nazirin birinci müavini Beynəlxalq Rabitə Akademiyasının fəxri üzvü oldu

 Beynəlxalq Rabitə Akademiyasının (BRA)  Prezidiumunun qərarına əsasən, Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov,  Nazirliyin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov və Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov BRA-nın akademiki fəxri adına layiq görülüblər. 

Məlumat üçün bildirək ki, Akademiyanın fəxri üzvü adına BRA-nın inkişafına əhəmiyyətli töhfə vermiş şəxslər layiq görülürlər. Akademiklər  BRA-nın tədbirlərində, layihə və proqramlarının hazırlanmasında  iştirak edə, Akademiyanın elmi, informasiya və metodiki tədqiqatlarından istifadə edə bilərlər. Bundan başqa, akademiklər öz növbələrində Akademiyanın qarşısında duran bütün məqsədlərin və məsələlərin həllinə dəstək olmalıdırlar.

Qeyd edək ki, Beynəlxalq Rabitə Akademiyasının qərargahı Moskva şəhərində yerləşir.

Akademiyanın 30 ölkəni təmsil edən min nəfər həqiqi üzvü vardır. Akademiyanın Rusiyanın ayrı-ayrı bölgələrində, həmçinin müxtəlif ölkələrdə bölmələri fəaliyyət göstərir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1158

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024