12px13px15px17px
Tarix:28/10/14

“ASUS” şirkəti 200 avroluq “MeMO Pad 10” planşetini nümayiş etdirib

“ASUS MeMO Pad” planşet kompüterinin sıralarına “ME103K” indeksli yeni qurğu əlavə edilib.
 
“ASUS MeMO Pad 10” (ME103K) adlı model 1280x800 piksel təsvir ölçülü 10.1 düymlük ekran, 1,5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon S4 Pro” 8064 +MDM9215M” prosessoru, 1 QB əməli və 32 QB daxili yaddaşla təchiz olunub və “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, rəqəmli məzmunu, həmçinin microSD yaddaş kartlarında və “ASUS Webstorage” “bulud” xidmətində saxlamaq olar.
 
Modeldən asılı olaraq, əsas kameranın təsvir ölçüsü 2 və ya 5 meqapiksel ola bilər və ön kameranın təsvir ölçüsü isə 0,3 meqapiksel təşkil edir.
 
Bundan başqa, qurğu “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0” və “GPS/QLONASS” simsiz rabitə modulları ilə təchiz edilib.
 
Qurğunun ölçüləri 256x174x9,9 mm, çəkisi 525 qram təşkil edir.
 
2014-cü ilin noyabrında “ASUS MeMO Pad 10” (ME103K) planşeti Avropa bazarında satışa çıxarılacaq. Tayvan istehsalçısı öz qurğusunu 200 avro məbləğində qiymətləndirib.
 
Emil Hüseynov
 



Baxış sayı: 948

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024