12px13px15px17px
Tarix:16/12/14

Cənubi Koreya şirkəti 2015-ci ildə kvant texnologiyalı televizor buraxacaq

Cənubi Koreyanın “LG” şirkəti "CES-2015” sərgisində kvant nöqtəli televizor təqdim edəcək. 2015-ci ilin sonunadək satışa çıxarılacaq televizorların ekranının təsvir ölçüsü “4K” (3640 x 2160 piksel) təşkil edəcək. Bu barədə şirkətin məlumatında deyilir.

Kvant nöqtələrdən istifadə rəngverməni hazırda bu parametr üzrə ən yaxşısı hesab edilən “OLED” displeylərə nisbətən daha dəqiq ötürən televizorlar yaratmağa imkan verir. Qalınlığı atomların cəmi 20 qatını təşkil edən kvant nöqtələr 2-10 nanometr ölçülü kiçik kristallardır. Onlar ölçüdən asılı olaraq mövcud işıq mənbələrinə nisbətən dar diapazonda işığı şüalandırır. Bu, rəngvermənin dəqiqliyini artırmağa imkan verir.

Əvvəllər kvant nöqtəli ekranları “Sony” şirkəti “KD-65X9000A” televizor modelində, eləcə də “Amazon” istehsalçısı “Kindle Fire HDX” planşetində təqdim edib. Daha sonralar Çinin “TCL” şirkəti bu texnologiyalı qurğular nümayiş etdirib.

“LG” dünyada televizorların 17 faizini tədarük edir. Bu isə texnologiyanın kütləvi şəkildə tətbiqi deməkdir. Bu növ ilk qurğuların qiymətinin yüksək olacağı gözlənilir, - "Lenta” yazır.



Baxış sayı: 944

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024