12px13px15px17px
Tarix:18/12/14

Reytinq: son 18 ildə ən populyar saytlar

 "The Washington Post" nəşri 1996-dan 2013-cü ilədək hər ilin 20 ən populyar saytından ibarət infoqrafika tərtib edib. Nəşr reytinqin tərtibində "comScore" və "Media Metrix" statistikasından istifadə edib.
 
Nəşrin müşahidəçisi deyir ki, 1996-dan 2000-ci ilədək müddətdə ən populyar saytların böyük hissəsi kolleclərin saytlarına aid olub. "AOL", "MSN" və "Yahoo!" ən populyar saytlar olub.
 
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, 1999-cu ildə "eBay" reytinqdə 14-cü, 2001-ci ildə "Google" isə 11-ci pillədən start götürüb. Amma artıq növbəti il "eBay" 4, "Google" isə 7 pillə irəliləyib. 2007-ci ildə "Facebook" 16-cı pillədən start götürüb, bir il sonra 10-cu pilləyədək irəliləyib və 2010-dan 2013-cü ilədək müddətdə 4-cü pilləni qoruyub saxlayıb. 2003-2007-ci illərdə internetdə ən populyar xidmət "Yahoo!" olub. Amma 2008-ci ildən "Google" ilə birincilik uğrunda mübarizə aparır və 2013-cü ildə yenidən internetdə ən populyar sayt olub.
 
Sonrakı pillələrdə "Google", "Microsoft", "Facebook" və "AOL" saytları qərarlaşıb.
 
Emil Hüseynov



Baxış sayı: 1917

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024