12px13px15px17px
Tarix:20/12/14

İlin ən yaxşı telefon qovşağı seçildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "ICTnews" Elektron Xəbər Xidmətinin  2014-cü ilin ən yaxşı telefon qovşağının müəyyənləşdirilməsi üzrə təşkil etdiyi onlayn sorğu başa çatıb.
 
 Ümumilikdə 48429 səsin təyin etdiyi sorğunun qalibi Sabunçu Telefon Qovşağı (TQ) olub.
 
Belə ki, sorğuda iştirak edən respondentlərin 13803-ü səsini (28%) məhz bu qovşağa verib. Növbəti yerlərdə 11033 səslə (22%) Qaradağ Telefon Qovşağı,
7886 səslə (16%) Xəzər Telefon Qovşağı, 7691 səslə (15%) Yasamal Telefon Qovşağı, 5125 səslə (10%) Xətai Telefon Qovşağı, 2891 səslə (5%) Nizami Telefon Qovşağı gəlir.
 
Qeyd edək ki, Sabunçu Telefon Qovşağı 80-ci illərdə, əvvəllər Bakı şəhərində üç telefon qovşağından biri kimi fəaliyyət göstərən Lenin Telefon Qovşağının yenidən təşkil olunması nəticəsində yaradılıb.
 
Qovşağın xidmət sahəsinə Sabunçu rayonu və Suraxanı rayonunun bir hissəsi daxildir. Nömrə tutumu 104.000-ə yaxındır.
 
Qovşaq Bakıxanov qəsəbəsində yerləşir. Qovşaqda 300-dən artıq mühəndis-texniki işçi və qulluqçu işləyir.
 
Sabunçu Telefon Qovşağının bütün EATS-lərində birgə müəssisələrin  ("AzDatakom", "Smart", "Uninet", "Kaspel", "Azevrotel", "Katel" və s.) avadanlıqları yerləşir.
 
Həmçinin bütün EATS-lərdə abunəçilərə sürətli internet xidməti göstərmək üçün ADSL avadanlıqları quraşdırılıb.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 3323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024