12px13px15px17px
Tarix:19/01/15

Yaponiya şirkətləri ilə yüksək texnologiyalar və informasiya texnologiyaları sahələrində əməkdaşlıq üçün yaxşı imkanlar var


Dövlət başçısı Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğuladı. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bu münasibətlərin digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaratdığını qeyd etdi.

Yaponiya şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin önəmini qeyd edən dövlətimizin başçısı kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar və informasiya texnologiyaları sahələrində əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu dedi.

Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçi Yaponiyanın Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar, informasiya texnologiyaları və digər sahələrdə genişləndirilməsində maraqlı olduğunu dedi.





Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024