12px13px15px17px
Tarix:19/01/15

“Facebook” təxminən 1200 əməkdaş işə götürmək niyyətindədir

Şirkətin saytında yerləşdirilmiş böyük sayda vakansiya siyahısına əsasən demək olar ki, yaxın vaxtlarda “Facebook” təxminən 1200 yeni əməkdaş işə götürərək öz heyətini 14 faiz artırmağa hazırlaşır. “Reuters” resursu yazır ki, yeni əməkdaşlar virtual reallıq qurğuları, dron və məlumat mərkəzlərinin hazırlanmasını sürətləndirməyə kömək edəcəklər.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, ötən il “Facebook”un 2 milyard dollara satın aldığı “Oculus Rift” virtual reallıq eynəyi istehsalçısı inkişaf etdirilir. “Reuters” jurnalistləri “Oculus Rift” virtual reallıq eynəyi üzrə tərtibatçılar komandasında 54 açıq vakansiya qeydə alıblar.
Virtual reallıq qurğuları bazarının yenicə yaranmasına baxmayaraq, “Oculus”un həlləri sayəsində “Facebook” şirkəti əyləncə, oyun, hesablama və ya şəbəkədə ünsiyyət sahələrində ən yaxın rəqibləri üzərində mübarizədə qələbə qazana bilər.

Peyk və dronların köməyi ilə Yer kürəsinin ən ucqar və inkişaf etməmiş regionlarında internetə çıxışın yaradılması üzrə “Facebook”un daha bir iddialı layihəsi, həmçinin yeni əməkdaşlara ehtiyac duyur. “Facebook” şirkəti avionika, radiotezlik kommunikasiyaları və istilik texnikası üzrə mütəxəssislər axtarır.
Heyətin sayının xeyli artırılması ehtiyacı şirkətin yeni bazarlara çıxış planı və “Google” və “Alibaba” şirkətləri, həmçinin “Snapchat” kimi böyük kapitallaşmaya malik startaplar tərəfindən yüksək rəqabətlə bağlıdır.

Ötən ilin sentyabrının sonuna olan məlumata görə, “Facebook”un heyəti 8348 əməkdaşdan ibarət olub ki, bu da “Google” (55 min) və ya “Microsoft”la (127 min) müqayisədə xeyli azdır. Yeri gəlmişkən, sonuncu 2015-ci il yayın sonunda 18 min əməkdaşını ixtisar etməyi planlaşdırır. “Reuters” agentliyi yazır ki, “Facebook”da bir işçinin illik gəliri (384 min dollar) “Google” (300 min dollar) və “Microsoft”la (183 min) müqayisədə xeyli yüksəkdir.

2013-cü ildə şirkət tərəfindən satın alınmış “Atlas” reklam texnologiyası daha bir mühüm istiqamətdir, ora 20 yeni əməkdaş tələb olunur.

Emil Hüseynov
 

 



Baxış sayı: 837

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024