12px13px15px17px
Tarix:24/01/15

“Yeni Fikir 2015” müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

“Yeni Fikir 2015” müsabiqəsinə (YFM) layihələrin onlayn qeydiyyatının müddəti uzadıldı. Belə ki, gələn təklifləri nəzərə alaraq, innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilən müsabiqəyə layihələrin qeydiyyatı 5 fevral 2015-ci il tarixinə kimi davam edəcək.
 
 
Qeyd edək ki, müsabiqə  “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq; ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına dəstək vermək; İKT-nin inkişafına dəstək vermək; təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək; təşəbbüskar yanaşmanı inkişaf etdirmək məqsədi daşıyır.
 
 Ümumilikdə müsabiqə texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədilə təşkil olunur. Bu sahələrə başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024