12px13px15px17px
Tarix:26/01/15

Yerli onlayn xidmətlər portalının istifadəçilərinin sayı 150 mini keçib

“Hesab.az” onlayn xidmətlər portalının istifadəçilərinin sayı artıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portalda qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı sürətlə artaraq 150 min nəfəri ötüb.
 
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur və heç bir komissiya tutulmur.
 
Qeyd edək ki, “Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
 
CAHANGİR



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024