12px13px15px17px
Tarix:12/03/15

“Samsung” iki “SİM” kart dəstəkləyən yeni ucuz smartfonunu təqdim edib

“Samsung Galaxy” smartfonlar seriyasına 64 bitlik platformaya əsaslanan yeni ucuz model əlavə edilib. Cənubi Koreya şirkəti “Galaxy Win 2” smartfonunu təqdim edib.
 
Qurğu 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 410” prosessoru, 1 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib. Sonuncunun tutumu “microSD” çıxarılıb taxılan daşıyıcısının köməyi ilə artırıla bilər.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, əsas kamera “LED” işıqlandırıcılı 5 meqapiksel təsvir ölçüsünə malikdir, ön kamera isə 2 meqapiksellik təsvir ötürücüsü ilə təchiz edilib. 4,5 düymlük ekran 800x480 piksel təsvir ölçüsünü dəstəkləyir. “Samsung Galaxy Win” qurğusunun birinci nəslində 4,7 düymlük ekran quraşdırılıb.
 
Elan edilmiş aparat 2000 milliamper/saat tutumunda akkumulyator batareyası, “SİM” kartlar üçün 2 ədəd slot, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0” və “GPS” simsiz rabitə modulları ilə təchiz edilib və “LTE” şəbəkəsini dəstəkləyir.
 
Cihazın ölçüləri 131x68,1x8,8 mm, çəkisi 130 qram təşkil edir. Aparata “Android 4.4 KitKat” mobil əməliyyat sistemi quraşdırılıb.
 
“Samsung Galaxy Win 2” modeli üç rəngdə əlçatandır və dəyəri 230 dollardır.
 
Emil Hüseynov



Baxış sayı: 1094

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024