12px13px15px17px
Tarix:14/03/15

“Telekommunikasiya haqda” qanuna dəyişikliklərin tətbiqi ilə bağlı təkliflər hazırlanıb

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Telekommunikasiya haqda” qanuna dəyişikliklərin tətbiqi ilə bağlı təkliflər hazırlayıb.
 
“ICTnews”  xəbər xidmətinin məlumatına əsasən, təkliflərin hazırlanmasına səbəb rabitə xidmətləri istehlakçılarının çoxsaylı şikayətləri olub.
 
Şikayətlərin əksəriyyəti mobil rabitə operatorlarının SMS müsabiqələr və digər xidmətlər vasitəsi ilə müştərilərin hesabından pulları silməsi, göstərilməyən xidmətlərin haqqının tələb edilməsi, müqavilələrin müştərinin tələb etmə hüququnu minimuma endirməsi, internet xidmətlərinin fasiləsiz yüksək səviyyədə təmin edilməməsi  ilə  bağlıdır.
 
Bundan başqa, İnternet provayderləri və mobil rabitə operatorları təqdim etdikləri xidmət tariflərini lazımi şəkildə və istənilən müştərinin başa düşəcəyi dildə tərtib edilmədiyi istehlakçıların hüquqlarını pozur. Bununla bağlı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rabitə xidmətlərinə olan tariflərin tənzimlənməsi ilə bağlı təkliflər hazırlamaq təklif edilib.
 
Aynur Vəliyeva



Baxış sayı: 1047

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024