12px13px15px17px
Tarix:21/04/15

"Qabaqcıl smartfonların qatili"

“OnePlus” şirkəti “OnePlus One” smartfonunun açıq satışına icazə verib. Aparatı “OnePlus” şirkətinin rəsmi saytında satın almaq olar. 16 QB daxili yaddaşa malik modelin qiyməti 299, 64 QB-lıq versiyanın qiyməti isə 349 dollar təşkil edir. Şimali Amerika, Avropa və Asiya ölkələri daxil olmaqla 30-dan çox ölkəyə çatdırılma mümkündür.
 
Qeyd edək ki, “OnePlus One” smartfonu bir il əvvəl satışa çıxarılıb, amma indiyədək yalnız “OnePlus” şirkətinin dəvəti ilə sözügedən qurğunu satın almaq mümkün idi.
 
Smartfonun açıq satışını elan edən “OnePlus” şirkətinin nümayəndəsi bildirib ki, bir il ərzində 1 milyondan çox smartfon satılıb.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “OnePlus” şirkəti Çinin “Oppo” elektronika istehsalçısının keçmiş prezidenti Pi Lau tərəfindən təsis edilib. Lau xarakteristikasına görə aparıcı istehsalçıların smartfonundan geri qalmayan, amma münasib qiymətə satılacaq smartfon buraxılışını planlayıb. Beləcə “OnePlus One” smartfonu yaradılıb: şirkət öz saytında qurğunu "qabaqcıl smartfonların qatili" adlandırır.
 
“OnePlus One” smartfonu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 2.5 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru və “Adreno 330” videosürətləndiricisi, 3 QB əməli yaddaş, “4K” formatında video çəkilişi dəstəkləyən 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik ön kamera və 3100 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.
 
Emil Hüseynov



Baxış sayı: 1271

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024