12px13px15px17px
Tarix:26/05/15

Yanğından zərərçəkənlərə səyyar poçt xidməti göstərilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC -nin 6 saylı Poçt Filialı tərəfindən Bakının Binəqədi rayonunda çoxmərtəbəli binadakı yanğında   zərərçəkənlərə səyyar poçt xidməti göstərilib.  Xüsusi modernləşdirilmiş avtomobil vasitəsi ilə  təqdim edilən mobil poçt xidmətindən yanmış binanın sakinlərinə teleqramların ötürülməsi, məktub və banderolların qəbul edilib yola salınması kimi bütün poçt xidmətləri təqdim edilib.
 
Bundan başqa “Mobil Xidmət” vasitəsilə bina sakinləri  poçt xidmətlərindən başqa maliyyə xidmətlərindən də rahat istifadə edə biliblər. Bu məqsədlə nəqliyyat vasitəsində  POS-terminal quraşdırılıb, kompüterlə təchiz edilib, sistem avadanlıqları şəbəkəyə qoşulub.
 
 
   Qeyd edək ki, “Azərpoçt” MMC-nin xüsusi təyinatlı mobil xidmət avtomobillərinin fövqəladə hallar zamanı, poçt xidmətlərinin istifadəsinin mümkün olmadığı şəraitdə fəaliyyəti nəzərdə tutulub.
 
Belə bir xidmət Kür daşqınları zamanı fövqəladə vəziyyətin hökm sürdüyü yaşayış məntəqələrində təqdim edilmişdir.
 
Eyni zamanda fövqəladə hallardan başqa, səyyar poçt xidmətləri bu gün ehtiyac yaranan istənilən rayonda da göstərilir.
 
 Gələcəkdə hər regional filiala ilkin olaraq, belə bir avtonəqliyyat maşınının alınıb verilməsi nəzərdə tutulur ki, həmin regionlarda ehtiyac duyulan ərazilərdə əhaliyə poçt xidmətlərinin göstərilməsi təmin edilsin.
 
RƏVAN
 



Baxış sayı: 894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024