12px13px15px17px
Tarix:04/07/15

Yerli onlayn xidmətlər portalının istifadəçilərinin sayı 175 mini ötüb

“Hesab.az” onlayn xidmətlər portalının istifadəçilərinin sayı  1 ay ərzində 5 min nəfər artıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portalda qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından faydalanan istifadəçilərin sayı artıq 175 mini keçib. İyun ayının 1-nə olan statistik göstəriciyə əsasən, portal istifadəçilərinin sayı 170 115 nəfər olub. Hazırda isə 175 100  istifadəçi qeydə alınıb.
 
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan portal vasitəsilə istifadəçilər kommunal ödənişləri, internet provayderlərinin əksəriyyətinin, mobil operatorların, kabel televiziyalarının, həmçinin bir sıra bank kredit ödənişlərini həyata keçirə bilərlər. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur.
 
Qeyd edək ki, “Hesab.az” portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edərək qiymətli hədiyyələr qazana bilərlər.
 
CAHANGİR



Baxış sayı: 665

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024