12px13px15px17px
Tarix:21/07/15

“Samsung” “Galaxy Tab S2” qabaqcıl planşetlərini təqdim edib

“Samsung” şirkəti müvafiq 9.7 və 8 düymlük ekranla təchiz edilmiş  iki ədəd “Galaxy Tab S2” qabaqcıl planşetini təqdim edib. “Galaxy Tab S2” planşetinin 9,7 düymlük versiyasının çəkisi 389 qram, 8 düymlük versiyada isə 265 qramdır.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, Cənubi Koreya şirkətinin istehsalı olan planşetin iki modifikasiyası 2048×1536 nöqtə təsvir ölçülü “Super AMOLED” ekranı ilə təchiz edilib. Hər iki qurğu müvafiq olaraq 1,9 QHs və 1,3 QHs takt tezlikli 8 nüvəli prosessorlarla təchiz edilib.








“Samsung”un yeni cihazı 3 QB əməli yaddaş, 32/64 QB daxili yaddaş, 8 meqapiksellik əsas kamera və 2,1 meqapiksellik ön kamera, barmaq izi skaneri və “microSD” üçün slotla təchiz edilib. 9.7 düymlük  modeldə akkumulyatorun tutumu 5870 milliamper/saat, 8 düymlük modeldə isə 4000 milliamper/saat təşkil edir.
Hər iki qurğu “Android 5.0 Lollipop” mobil platforması ilə işləyir.

“Galaxy Tab S2” planşeti 2015-ci ilin avqustundan əlçatan olacaq. Yeni cihazların qiyməti hələ ki məlum deyil.

Emil Hüseynov



Baxış sayı: 851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024