12px13px15px17px
Tarix:22/07/15

Təhlükəli infrastruktura kompüter hücumları insan ölümlərinə səbəb ola bilər

Dövlət və özəl sektor arasında kompüter təhlükəsizliyi sahəsində əməkdaşlıq günü-gündən durmadan artır və təhlükəli infrastrukturla işləyən informasiya təhlükəsizliyi ekspertlərinin fikrincə, hər iki tərəf bu əlaqənin inkişaf etdirilməsinə kəskin ehtiyac duyur. Bu barədə “Aspen Institute” və “Intel Security” şirkətləri tərəfindən birgə keçirilən sorğu iştirakçıları bildirib.
 
Sorğuya görə, informasiya təhlükəsizliyi təhdidlərinin inkişafı potensial baxımdan tezliklə insan tələfatına səbəb ola biləcək səviyyəyə çata bilər. Bununla bərabər, təhlükəli infrastruktur sahəsi ilə məşğul olan İT ekspertlərinin 86 faizinin fikrincə, biznes və hökumətin birgə dəstəyi bacarıqlarını daima inkişaf etdirən kibercinayətkarlardan mühafizəni təmin etmək üçün əsas vasitədir.
 
Maraqlıdır ki, son üç ildə əksər mütəxəssislər informasiya təhlükəsizliyi sahəsində ümumi işlərin yaxşılaşmasını qeyd edib. Təşkilatların təhlükəsizlik səviyyəsini qiymətləndirən rəyi soruşulanların 50 faizi bildirib ki, üç il əvvəl onun səviyyəsi çox aşağı olub.
 
Daha bir narahatedici göstərici odur ki, ötən üç ildə hər on mütəxəssisin doqquzu (89 faiz) inzibatçılığını həyata keçirdiyi sistemlərə minimum bir uğurlu hücumla rastlaşıb, - "SecurityLab yazır. 



Baxış sayı: 833

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024