12px13px15px17px
Tarix:30/07/15

“Facebook” üçölçülü virtual reallıq xidmətini işə salacaq

 “Facebook” şirkəti internetdə yeni kommunikasiya növünü (üçölçülü virtual reallıq) inkişaf etdirməyi qarşısına məqsəd qoyub.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bu haqda cari ilin ikinci rübündə “Facebook” şirkətinin nəticələrinə həsr edilmiş konfransda Mark Zukerberq deyib.
 
"Hesab edirəm ki, videodan sonra üçölçülü informasiya məkanı növbəti yenilik olacaq. İnsanlar həmişə öz fikirlərini paylaşmaq və  kommunikasiya üçün yeni imkanlar axtarıblar. Biz fotodan videoya keçdik. Ancaq bu, hələ son deyil. Növbəti yenilik üçölçülü virtual reallıqdır".
 
2014-cü il yazında “Facebook” “Oculus Rift” virtual reallıq şleminin yaradıcısı kimi tanınan “Oculus VR” şirkətini 2 milyard dollara satın alıb. İndi “Facebook” bu texnologiyanın təkmilləşdirilməsinə böyük vəsait yatırır.
 
Zukerberqin planlarına əsasən, 2016-cı ilin birinci yarısında “Facebook” şəbəkəsində virtual reallıq platforması yaradılacaq.
 
Mütəxəssislər bildirir ki, əgər “Facebook” virtual reallıq proqramlarını ilk işə salsa dünya şəbəkəsində rəqiblərini geridə qoyacaq.
 
Emil Hüseynov
 



Baxış sayı: 630

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024