12px13px15px17px
Tarix:23/09/15

Tədqiqat: İstifadəçilər masaüstü kompüterlərə planşetlərdən daha çox üstünlük verirlər

“American Customer Satisfaction Index” (ACSI) təşkilatı tərəfindən tərtib edilən növbəti istehlak məmnunluğu reytinqində planşetlər 6 bal itirərək noutbuklar səviyyəsinə endiyi halda masaüstü kompüterlər öz mövqeyini qoruyaraq hazırda mütləq liderdir. Ötən il planşetlər 100 mümkün baldan 80 bal toplayıb və fərdi kompüterləri cəmi 1 bal geridə qoyub.
 
“ACSI” sorğusunda iştirak edən 2946 nəfərin yalnız 17 faizi "iPad” planşet sahibi olub. Digər qiymətləndirmələr “Android” və “Windows 8” sistemli planşetlərlə, o cümlədən ucuz modellərlə iş təcrübəsinə əsasən verilib. Sorğu bu ilin ikinci rübündə keçirilib, lakin məlumatlar göstərir ki, istifadəçi məmnunluğu daha əvvəl aşağı düşməyə başlayıb.
 
Fərdi kompüter istifadəçiləri arasında daha çox məmnunluğu “Apple” kompüter sahibləri (100 mümkün baldan 84 bal) nümayiş etdirir. “Amazon”, “Dell” və “Samsung” şirkətləri hərəyə 78 bal toplayaraq ikinci yeri bölüşür. İstehsalçılar arasında yalnız “Dell” ötənilki göstəricisini yaxşılaşdırmağa nail olub. Ən uğursuz göstəricini reytinqi 76 baldan 70 baladək azalan “Acer” şirkəti göstərib, -  “Computerworld” yazır.



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024