12px13px15px17px
Tarix:29/09/15

Azərbaycan və Rusiyanın birgə buraxdığı poçt markalarının təqdimatı olub (FOTOLAR)

Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan Respublikası və Rusiya Federasiyasının birgə buraxılışı olan müasir memarlıq abidələrinə həsr edilmiş iki marka nəşr olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sentyabrın 22-23-də Soçi şəhərində baş tutan filateliya üzrə beynəlxalq seminarın açılışı çərçivəsində poçt markalarına dair təntənəli mərasim keçirilib.

 







Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərmarka” MMC-nin direktoru İntiqam Bağırlı və Rusiya Federal Rabitə Agentliyinin rəhbərinin müavini Vladimir Şelixov  iştirak ediblər.
 









Qeyd edək ki, birgə buraxılışın mövzusu  yeni arxitektura metodlarından və bina formalarından istifadə edən “Müasir memarlıq” istiqamətidir. Markalarda təkcə müasir memarlıq təqdim edilməyib,   həm də paytaxt Bakı və Moskvanın  bir neçə əsr tarixə malik olan məşhur abidələri əks olunub.
 








İntiqam Bağırlı tədbirdə çıxış edərək birgə buraxılış çərçivəsində operativ iş üçün Federal Rabitə Agentliyinə və “Marka” nəşriyyatına təşəkkür edib. Onun sözlərinə görə, bu buraxılışlar yalnız tarix və mədəniyyət sahəsində əsas nailiyyətləri göstərmir, həm də bütövlükdə iştirakçı ölkələr arasında münasibətlərin səviyyəsini xarakterizə edir.
 
Rusiya Federal Rabitə Agentliyinin rəhbərinin müavini Vladimir Şelixov öz çıxışında qeyd edib ki, poçt markalarının birgə buraxılışları filateliyanın ümumi xarakterini əks etdirərək tarixi hadisələri və hər iki ölkənin mədəni dəyərlərini daha geniş ictimaiyyətə tanıtdırmağa imkan verir.
 
Məlumat üçün bildirək ki, poçt markalarında Bakı Alov Qüllələri fonunda Qız qalası, Moskva şəhərinin panoraması fonunda Moskva çayının sahili və Kremlin divarları təsvir olunub. Bu abidələrin bir kompozisiyada əks olunması dövrlərin və nəsillərin əlaqəsini, keçmişin və müasirliyin vəhdətini vurğulayır.
 
CAHANGİR



Baxış sayı: 1283

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024