12px13px15px17px
Tarix:24/11/15

“Azərkosmos” ASC-nin mütəxəssisləri Fransada təlim keçib

Qafqazın ilk peyk operatoru "Azərkosmos" ASC-nin mütəxəssisləri Fransanın "Airbus Defence and Space" şirkəti  ilə  strateji əməkdaşlıq çərçivəsində Fransada təlim keçib. Həm nəzəri, həm də praktiki bilikləri əhatə edən təlimlər "Airbus" şirkətlər qrupunun müşahidə peykləri üzrə təcrübəli texniki mütəxəssisləri tərəfindən tədris edilib.
 
Təlim ilk müşahidə peykimiz "Azersky"-ın idarəolunması, peykin proqramlaşdırılması, peykdən alınan təsvirlərin emalı və onların müxtəlif məqsədlər üçün tətbiq imkanları, təsvirlərin keyfiyyət analizi kimi mövzuları əhatə edib.




 



Qeyd edək ki, təlimin  nəzəri və praktiki hissələri ilə yanaşı, "Airbus Defence and Space" şirkətinin və "Azərkosmos"un mütəxəssisləri  birgə "Azersky" və analoji sistemə malik "SPOT 6" peykləri üzərində real əməliyyatlar icra edib. Sonda təlimi müvəffəqiyyətlə başa vuran "Azərkosmos" əməkdaşları sertifikatlarla təltif edilib.
 
"Azərkosmosun əməkdaşları peşəkar və bacarıqlı komanda heyətindən təşkil olunub və təlimlərdən yüksək səviyyədə faydalanıblar" – deyə "Airbus Defence and Space" şirkətindən təlimin layihə rəhbəri Kristian Renu bildirib.




 


Təlimdən əldə olunan nəzəri və praktiki biliklərin istifadəsi "Azersky" peykinin idarəedilməsi, əldə olunan təsvirlərin emal prosesinin dəqiqliyinin yüksəldilməsi, resurslarından minimal istifadə etməklə peykin missiyasının optimal planlaşdırılması istiqamətində daha uğurlu nəticələr əldə etməyə imkan verəcək.
 



Baxış sayı: 898

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024