12px13px15px17px
Tarix:22/12/15

Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilib

Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilib.

 
Bu siyahıya 4 fəaliyyət növü - Özəl mühafizə fəaliyyəti, İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət, Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət  göstərilməsi, Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi daxildir.
 
Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət  göstərilməsi və  Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi üçün lisenziyaları Rabitə və Yüksək Texnologiyalar Nazirliyi verir.
 
Qeyd edək ki, hər iki fəaliyyət növü üçün lisenziya verilməsinə görə, ayrı-ayrılıqda 1100 manat dövlət rüsumu məbləği müəyyən olunub.
 
CAHANGİR
 



Baxış sayı: 2823

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024