12px13px15px17px
Tarix:21/06/16

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
 
 
İclasda qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydalarına, qrant müsabiqələri çərçivəsində layihələrin qiymətləndirilməsi meyarlarına dəyişikliklər, növbəti qrant müsabiqəsinin təşkili və cari məsələlər müzakirə edilib.
 
 
İclasın gündəliyinə daxil olan istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb və qərarlar qəbul edilib.
 
Fondun Müşahidə Şurasının sədri, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə indiyədək keçirilmiş qrant müsabiqələrində  daxil olan layihələrin keyfiyyətinin yüksəldiyini qeyd edib. O həmçinin, növbəti  müsabiqəyə də mahiyyət baxımından  innovativ və maraqlı layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu bildirib.
 
İclasda növbəti qrant müsabiqəsi ilə bağlı nəzərdə tutulan yeniliklər də açıqlanıb.
 
Qeyd edilib ki, yeni müsabiqənin üç istiqamət – elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə aparılması nəzərdə tutulur.
 
Yay mövsümünü nəzərə alaraq, sənəd qəbulu müddətinin iki ay müəyyənləşdirilməsi, həmçinin yeni qrant müsabiqəsinin 1 iyul 2016-cı il tarixdən elan edilməsi də qərara alınıb.
 
 



Baxış sayı: 1416

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024