12px13px15px17px
Tarix:27/08/16

Ən problemli smartfonlar bəlli olub

“Blancco” texnoloji qrupunun ekspertləri ən problemli smartfonların reytinqini tərtib edib. Məlum olub ki, “iPhone” smartfonlarının dayanıqlıq göstəricisi aşağı düşüb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, 2016-cı ilin birinci rübünün nəticəsinə görə, “Apple” şirkətinə məxsus smartfonların 25%-də problem qeydə alınıb. İkinci rübdə bu göstərici 58%-dək yüksəlib.
 
Ötən rübün nəticəsinə görə, “Android” platforması ilə işləyən smartfonların da 44%-də problem qeydə alınıb. Ancaq yeni hesabatda sözügedən platforma ilə işləyən smartfonlarda problemlərin sayı 35%-dək azalıb. Daha çox “Samsung” smartfonlarında problem qeydə alınıb, ancaq daha çox  problemli model “LeEco Le1S” cihazıdır.
 
65% halda “iOS” mobil əməliyyat sistemi mobil proqramların kritik səhvlərinə görə imtina verib. “Wi-Fi” modulu, qulaqlıqlar və qəbuledicinin imtinası ən geniş yayılmış səbəblər kimi göstərilib.
 
“Android” sistemli smartfonlarda ən çox kamera və batareyanın enerji ilə doldurulması, həmçinin sensor, dinamik və mikrofona görə problemlər qeydə alınıb.
 
Emil Hüseynov




Baxış sayı: 1125

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024