12px13px15px17px
Tarix:30/08/16

42-ci Ümumdünya Şahmat Olimpiadası münasibəti ilə poçt markaları nəşr etdirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC öz ənənəsinə sadiq qalaraq əlamətdar hadisələrə həsr olunan yeni markalar dövriyyəyə buraxıb.

"Azərmarka" MMC-nin nəşr etdiyi növbəti  markalar 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilib. Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb.

Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.

Məlumat üçün bildirək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu il sentyabrın 1-dən 14-dək Bakıda baş tutacaq.

Xatırladaq ki, "Şahmat üzrə Dünya Kuboku. Bakı-2015" adlı markamız İtaliyada "L'arte del francobollo" jurnalı tərəfindən  "Ayın ən orijinal markası" seçilmişdi.
 
 Markanın planeti ideal təsvir etdiyi, həmçinin Qədim Bakıda yerləşən və Dünya kubokuna ev sahibliyi edən "Qız qalası"nın ətrafında dünyanın digər tarixi abidələrinin - İtaliyanın "Piza qülləsi", Fransanın "Eyfel qülləsi", Londonun "Biq Ben"-i, Rusiyanın Kreml qülləsi, Hindistanın "Ranqanatxi" məbədi, ABŞ-ın "Azadlıq heykəli"nin yer alması xüsusi vurğulanmışdı.  







Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024