12px13px15px17px
Tarix:27/10/16

Rabitəçi yəhudi dərgisində Xocalı soyqırımı və Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatındakı rolundan yazdı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin əməkdaşı, Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə ABŞ-ın ən böyük yəhudi qəzetlərindən biri olan, 4.5 milyon oxucu auditoriyasına malik  "Jewish Journal" qəzetində "Məktəbə qayıdış: açıq və geniş dünya ilə üz-üzə" adlı növbəti məqaləsi dərc olunub.

Baş Konsulluğun təşəbbüsü ilə "Jewish Journal" qəzetində bloqu yaradılan Dürdanə Ağayeva cari ilin 26 iyul tarixində nəşr olunan  "Daha yaxşı dünya üçün kollektiv yəhudi və müsəlman öhdəliyi" adlı ilk məqaləsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı və Xocalıda başına gələn dəhşətli hadisələrdən bəhs edib. Xocalı soyqırımı zamanı əsir götürülərək bir çox işgəncələrə məruz qaldığını yazan müəllif, azad edildikdən sonra bu günə qədər uzunmüddətli müalicə yolu keçdiyini və onun müalicə xərclərinin Azərbaycan hökuməti tərəfindən qarşılandığını bildirir. 
 
29 avqust 2016-cı il tarixində dərc olunan növbəti məqaləsində isə müəllif ölkəmizdə qadınların rolu və onların ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti haqda məlumat verir.
 
Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrindən bəhs edən D.Ağayeva bu gün dünyanın bir çox ölkələrində baş verən xoşagəlməz hadisələrin, terror aktlarının din ilə əlaqələndirilməsinin doğru olmadığını bildirərək, buna bariz sübut kimi vətənində müsəlman, yəhudi və xristianların bir ailədə, icmada  yaşadıqlarını qeyd edir.
 
Qadın haqlarının  Azərbaycanda qədim və şərəfli tarixə malik olduğunu söyləyən müəllif, Rusiya İmperiyasında ilk dünyəvi müsəlman qızlar məktəbinin məhz 1901-ci ildə Bakıda fəaliyyətə başladığını və Azərbaycanda qadınlara səsvermə hüququnun hələ 1919-cu ildə, ABŞ-da olduğundan da bir il öncə verildiyini qeyd edərək, bu gün ölkəsindəki elmlər namizədlərinin 50%-dən çoxunu qadınların təşkil etdiyini bildirir.

Məqalədə Azərbaycanın birinci xanımı,  UNESCO-nun xoşməramlı səfiri kimi Mehriban  Əliyevanın gördüyü qlobal işlər haqda geniş məlumat verilir.
 
Yazıda ilk azərbaycanlı təyyarəçi qadın Leyla Məmmədbəyova haqda məlumat verən müəllif  onun Qafqaz , Cənubi Avropa və Yaxın Şərqdə ilk təyyarəçi qadın olduğunu diqqətə çatdırır. 
 
Müəllif, həmçinin  Ali Məhkəmənin hakimi, yəhudi əsilli Tatyana Qoldman, Milli Məclisin üzvləri Qənirə Paşayeva və Sevinc Fətəliyeva haqda söhbət açır. D.Ağayeva, Milli Məclisin sədr müavini Bahar Muradova da   daxil olmaqla 125 üzvündən 21-nin qadın olduğunu bildirərək, bu göstəricinin ABŞ Konqresi ilə müqayisə oluna biləcəyini vurğulayır.
 
Məlumat üçün bildirək ki, ötən il Dürdanə Ağayeva  Los-Ancelesə səfəri zamanı yerli dini icma nümayəndələri,  xüsusən də yəhudi icması ilə bir sıra görüşlər keçirmiş, Xocalıda başına gələnlər haqda onlara məlumat vermişdir.






Baxış sayı: 1277

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2018

24 04 2018

24/04/18
Ümumdünya Poçt İttifaqının yaz sessiyası Azərbaycan üçün uğurlu oldu

İsveçrənin Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyasında Azərbaycan Poçt Admin

24/04/18
“Nvidia” şəkillərdəki detalları tamamlamaq üçün süni intellekt texnologiyası hazırlayıb

“Nvidia” şirkəti tərəfindən süni intellekt əsasında hazırlanmış texnologiya şəklin zədələnmiş hissələrini 

24/04/18
“Samsung Galaxy Note7” smartfonu “Wi-Fi Alliance” sertifikatını alıb

“Wi-Fi Alliance” konsorsiumunun məlumat bazasında “Samsung Galaxy Note7” smartfonunun 

24/04/18
Kompakt “Nimbini v2” kompüteri təqdim edilib

Almaniyanın “Cirrus7” istehsalçısı “Intel” məntiqi əsasında işləyən kompakt “Nimbini v2” kompüter sist

24/04/18
“LG V30” smartfonuna süni intellekt inteqrasiya edilib

“ThinQ”  adlı proqram təminatı kameranın kadrında olan obyekti tanıyaraq çəkiliş üçün uyğun gələn rejimi 

24/04/18
“Google” şirkəti “Windows 10” sistemində təhlükəli boşluq aşkar edib

“Google's Project Zero” şirkətinin təhlükəsizlik mütəxəssisləri “Windows 10 S” əməliyyat sistemində orta 

24/04/18
“iPhone” smartfonlarında boşluq məlumatların oğurlanmasına şərait yaradır

Ekspertlər “iPhone” smartfonlarında qurğunun məsafəli idarəetməsi üçün istifadəyə imkan verən boşluq 

24/04/18
İnsan genomunun atlası yaradılıb

İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri insan genlərinin və embrional gövdə hüceyrələrinin müasir 

24/04/18
Bill Qeyts, “Airbus” və “SoftBank” real vaxt rejimində yenilənən peyk xəritələrinə yatırım ediblər

Yer kürəsinin fasiləsiz videomüşahidəsini həyata keçirən peyk sistemi yaratmaq istəyən