12px13px15px17px
Tarix:14/11/16

Digər ölkələrdən fərqli olaraq Azərbaycana məxsus “elektron imza”lar imzalanma tarixini daha dəqiq göstərir

Belçikanın paytaxtı Brüssel şəhərində  "Eap.Trust" və Təhlükəsiz Şəbəkələri üzrə ("1st Workshop of the EaP.Trust and Secure Network") ilk seminar keçirilib. Seminarda Avropanın Şərq tərəfdaşı olan Azərbaycan  da daxil olmaqla 6 ölkənin və Avropa İttifaqından Estoniya, Litva, Finlandiya, Lüksemburqun nümayəndələri iştirak edib. Seminarın keçirilməsində məqsəd Şərq tərəfdaşı olan ölkələrin kibertəhlükəsizlik mexanizmlərinə, habelə, həmin ölkələrin milli kibertəhlükəsizlik strategiyalarının inkişafına dəstək verməkdir.
 
Seminar iştirakçıları elektron identifikasiya və autentifikasiya xidmətləri (e-İDAS) və kibertəhlükəsizlik sahəsində məruzələrlə çıxış ediblər.
 
Seminarın ilk günü elektron identifikasiya və rəqəmsal imza mövzularına aid məruzələrə həsr olunub. Məlumat Hesablama Mərkəzi nəzdində Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov tədbirdə iştirak edib. O, Azərbaycanda 2011-ci ildən fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzi və 2013-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə edilən "Asan İmza" Mərkəzinin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.
 
Tədbir çərçivəsində  Azərbaycanın "elektron imza" təcrübəsi yüksək qiymətləndirilib və digər ölkələrdəki elektron imzalardan fərqli olaraq imzalanma tarixinin daha dəqiq göstərilməsi xüsusi qeyd edilib. Qeyd edək ki, Sertifikat Xidmətləri Mərkəzində vaxt göstəricilərinin dəqiqliyini  təmin  etmək üçün müasir imzalanma sistemi  fəaliyyət göstərir.
 
Seminarın ikinci günü "Rəqəmli bazarların uyğunlaşdırılması" (HDM) panelində tədbirlər planı və Şərq tərəfdaşlığına aid dövlətlər arasında imzalanacaq memorandum layihələri müzakirə edilib.








Baxış sayı: 1184

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Fevral 2017

23/02/17
Yeni zərərli kampaniya “Chrome” istifadəçilərinə hücum edir

“Malwarebytes” şirkətinin mütəxəssisi Jerom Sequra “Google Chrome” brauzerinin istifadəçilərinə qarşı yönələn

23/02/17
Messencerlərin populyarlığı artır

“Gartner” analitik şirkəti tədqiqat apararaq 2016-cı ildə sosial şəbəkələrin populyarlığının 2 faiz azalmasını

23/02/17
Yeni proqram təminatı dronların uçuşunu avtomatlaşdıracaq

ABŞ-ın “Exyn Technologies” şirkəti kompüter təlimi və neyron şəbəkələr əsasında pilotsuz uçan aparatlara insan 

23/02/17
“Instagram” bir postda 10-dək fotoşəklin dərcinə icazə verdi

“Instagram” xidmətində istifadəyə verilmiş yeni funksiya bir postda 10-dək fotoşəkil və videoçarx dərc etməyə imkan verir. 

23/02/17
2016-cı ildə “Android” sistemi üzrə pul tələb edən virusların yüksək aktivliyi qeydə alınıb

“Google” şirkəti “Android” mobil əməliyyat sistemində ən ciddi boşluqların belə istifadəçilərə ziyan vurmadığını bildir

23/02/17
2017-ci ilin sonuna “Windows 10” sistemində yeni dizayndan istifadə ediləcək

“Microsoft” şirkətinin nümayəndələri Avstraliyada keçirilmiş “Microsoft Ignite” konfransı çərçivəsin

23/02/17
“Motorola” smartfonlarının istehsalı dayandırılır

Çinin “Lenovo” şirkəti “Motorola” brendindən imtina edərək istehsal etdiyi qurğuları vahid “Lenovo moto” ad

23/02/17
Bu il kiberhücumların sayında artım gözlənilir

Fransanın “Gemalto” şirkətinin ekspertləri 2017-ci ildə maliyyə qurumlarına və siyasi təşkilatlara qarşı həyata 

23/02/17
“Skype Lite” proqramı təqdim edilib

“Microsoft” şirkəti “Skype VoIP” xidmətinin aşağı güclü smartfonlar və zəif mobil şəbəkələr üçün nə

22 02 2017

22/02/17
“Mac” üçün proqramların işində fasilələr yaranıb

“Apple” şirkətinin “Mac” fərdi kompüter istifadəçiləri son vaxtlar bu platforma üçün bir

22/02/17
“Intel” 1 qiqabitlik internet sürətini dəstəkləyən “LTE” modem təqdim edib

1000 Mbit/s yükləmə sürəti mobil şəbəkələrin inkişafında yeni mərhələdir. Avstraliyada yerli “Telstra” operatoru 

22/02/17
“Selfie” üçün ideal qurğu təqdim olunub

Populyar “Meitu” proqramının yaradıcıları məxsusi olaraq “selfie” çəkilişi üçün nəzərdə tutulan

22/02/17
“Samsung” şirkəti “Galaxy Note 7” smartfonunu yenidən satışa çıxaracaq

“Samsung” şirkəti təmir edilmiş “Galaxy Note 7” smartfonlarını yenidən satışa çıxaracaq. 2017-ci ilin iyununda 

22/02/17
Yeni “LTE” modemi mobil şəbəkələrdə məlumatları daha sürətli ötürəcək

“Qualcomm” şirkəti mobil şəbəkələrdə məlumatları 1,2 giqabit/saniyəyədək sürətində ötürən “X20 LTE” modeminin

22/02/17
“Huawei” şirkəti qabaqcıl “Honor V9” smartfonunu təqdim edib

Çinin “Huawei” şirkəti yüksək dəqiqlikli  böyük ekran və nazik korpusla təchiz edilmiş qabaqcıl “Honor V9

22/02/17
“Azərkosmos” və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 

22/02/17
Yeni tip akkumulyatorlar yaradılıb

ABŞ alimləri dünyada ilk dəfə olaraq enerji daşıyıcısı kimi yalnız hidroksonium ionlarından istifadə edən batareya