12px13px15px17px
Tarix:29/11/16

Houlin Cao: İKT sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkədə sosial-iqtisadi inkişafa öz töhfəsini verməkdədir

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Jaonun  "Bakutel-2016" sərgi-konfransının iştirakçılarına təbriki
 
Hörmətli nümayəndələr!
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
 
Bakıda keçirilən 22-ci "Bakutel" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransının iştirakçılarına xoş arzularımı çatdırmaqdan  məmnunluq duyuram.
 
Mən ikinci dəfədir ki, "Bakutel" sərgisində iştirak edirəm. Əminəm ki, 22-ci dəfə  təşkil olunan "Bakutel-2016" sərgisində də Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə İKT sahəsindəki ən son nailiyyətlər nümayiş olunacaq. 
 
Azərbaycan Respublikası diversifikasiya yolu ilə enerji resurslarından asılılığı azaltmaqla iqtisadi artıma nail olmaq və keyfiyyətli iş yerləri kimi yeni mənbələr  yaratmaq yolundadır.
 
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, informasiya və telekommunikasiya sektoru Azərbaycanın gələcək inkişafının əsas aspektidir.
Artıq İKT neft və təbii qaz sektorundan daha mühüm milli gəlir mənbəyinə çevrilməkdədir. Bu gün Azərbaycanda İnternet əhalinin çox hissəsinin həyatının ayrılmaz tərkib hissələrindən birinə çevrilib.
 
İKT sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkədə sosial-iqtisadi inkişafa öz töhfəsini verməkdədir. 2003-cü ildə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində Prezident İlham Əliyevin  "qara qızıl"ı "insan qızılına"  çevirək tezisini səsləndirməsindən sonra yeni inkişaf kursu müəyyən edən Azərbaycan hazırda regionun aparıcı dövlətlərindən biridir.
 
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) bütün dünya xalqlarını birləşdirmək ideyasına tam sadiqdir. BTİ hər kəsin İKT-nin üstünlüklərindən tam yararlanması və Minilliyin İnkişaf Məqsədlərinə (MİM) uyğun olaraq,  İKT-dən geniş istifadəsi üçün şərait yaradır.
 
Bu səbəbdən biz hələ 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatı və YUNESKO ilə birlikdə Rəqəmsal Rabitə üzrə Genişzolaqlı Komissiyanın yaradılmasında əsas vasitəçi olmuşuq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu işdə bizə dəstək verdiyinə görə təşəkkürümüzü bildiririk.
 
 
Ənənəvi olaraq uzun illərdir təşkil olunan "Bakutel" sərgisi sahə üzrə liderləri bir araya toplayan illik seçim forumuna çevrilib. Bu sərgi özəl sektora son nailiyyətlərini və gələcək planları nümayiş etdirmək üçün əlverişli imkan yaradan bir platforma rolu oynayır.
 
"Bakutel-2016" sərgisinin ziyarətçilərinin səhiyyə, təhsil, nəqliyyat və mədəniyyət  sahələri daxil olmaqla, rəqəmli iqtisadiyyatın bütün sektorlarına dair faydalı, qabaqcıl layihələr, xidmətlər və həllərlə tanış olmaq imkanı əldə etməsi təqdirəlayiqdir.
 
Bu il "Bakutel" çərçivəsində bir neçə mühüm ikitərəfli sazişlərin imzalanması və yüksək səviyyəli görüşlərin keçirilməsi, görmə qabiliyyəti məhdud olan insanlar üçün "Danışan kitabxana" və "Google art project"- muzeylərin rəqəmləşdirilməsi" kimi perspektivli layihələrin təqdimatı sərginin nüfuzunu artırır.
 
Fürsətdən istifadə edib, "Bakutel 2016" sərgi-konfransının bütün iştirakçılarına  uğurlar arzulayıram.




Baxış sayı: 1669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024